Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının kollektivi Vətən müharibəsi şəhidinin anım günündə iştirak edib

Gömrük Akademiyasının kollektivi Vətən müharibəsi şəhidinin anım günündə iştirak edib

44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri – Sabunçu rayonu Zabrat qəsəbəsi şəhidi Qasımov Kamran Fazil oğlunun anım günü qeyd olunub. Anım günü münasibətilə Dövlət Gömrük Komitəsinin Akademiyasının kollektivi şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov şəhidin ailəsinə dərin hüznlə başsağlığı verərək onlara səbir diləyib, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirib.

Mərasimdə Akademiyanın tələbələri Vətən qəhrəmanlarına həsr edilən şeirlər səsləndiriblər.

Allah rəhmət eləsin!

Şəhidlər ölməz, Vətən bölünməz!