Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası Qırğız Respublikası Dövlət Gömrük Xidmətinin əməkdaşları üçün növbəti təlimləri təşkil edir
Gömrük Akademiyası Qırğız Respublikası Dövlət Gömrük Xidmətinin əməkdaşları üçün növbəti təlimləri təşkil edir
Dövlət Gömrük Komitəsinin Akademiyası Qırğız Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidmətinin əməkdaşları üçün növbəti təlimlərə başlayıb. Təlimlər Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikası Hökuməti yanında Dövlət Gömrük Xidməti arasında imzalanmış 14 iyun 2017-ci il tarixli “Kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında” Protokola əsasən təşkil edilir.
İki il ərzində Akademiya tərəfindən Qırğız gömrükçüləri üçün müxtəlif mövzular üzrə təlimlərin təşkili nəzərdə tutulur. Təlimlərdə azərbaycanlı mütəxəssislər müvafiq sahədəki təcrübələrini qırğızıstanlı həmkarları ilə bölüşürlər.
Qırğız Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti ilə imzalanmış fəaliyyət planı çərçivəsində növbəti təlimlər “Əməliyyat-axtarış tədbirlərinin qanunvericilik əsaslarının bəzi aktual məsələlələri” mövzusuna həsr olunub. DGKA-nın Hüquq və humanitar elmlər kafedrasının baş müəllimi, gömrük xidməti polkovniki Şahin Hüseynov əməliyyat-axtarış tədbirləri və anlayışı, onların elmi-nəzəri və qanunvericilik əsasları, həmçinin təcrübədə istifadə edilməsinin bəzi problemləri haqqında təqdimat ilə çıxış edərək təlim iştirakçılarına ətraflı məlumat verib.
Təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Qırğız Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidmətinin əməkdaşları üçün hüquq-mühafizə fəaliyyəti üzrə təlimlər cari ilin 21 noyabr tarixindən 25 noyabr tarixinədək onlayn formatda davam edəcək.