Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının bir qrup əməkdaşı və tələbələri Vətən müharibəsi şəhidinin anım günündə iştirak ediblər
Gömrük Akademiyasının bir qrup əməkdaşı və tələbələri Vətən müharibəsi şəhidinin anım günündə iştirak ediblər
44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri Şamaxı rayonu şəhidi Abbasov Elvin Səxavət oğlunun anım günü qeyd olunub. Bu münasibətilə keçirilən anım mərasimində şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının bir qrup əməkdaşı, tələbələri, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Xətai Rayon İcra hakimiyyətinin başçısı Rafiq Quluyev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov və digər qonaqlar iştirak ediblər.
Əməkdaşlar Akademiyanın rəhbərliyi və kollektivi adından ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşən şəhidin ailəsinə dərin hüznlə başsağlığı verərək səbir diləyib, Elvinin timsalında canından keçən bütün Vətən şəhidlərinin hər zaman Azərbaycan tarixinin qəhrəmanları olaraq xatirələrdə yaşayacaqlarını bildiriblər.
Mərasimdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı parlaq Qələbədən, şəhid ailələrinə, qazilərimizə dövlətimizin diqqət və qayğısından bəhs edib, şəhidlə bağlı xatirələrini bölüşüblər.
Tədbirdə Akademiyanın tələbələri Vətən qəhrəmanlarına həsr edilən şeirlər səsləndiriblər.
Allah rəhmət eləsin!
Şəhidlər ölməz, Vətən bölünməz!