Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri hərbi vətənpərvərlik düşərgəsində iştirak ediblər
Gömrük Akademiyasının tələbələri hərbi vətənpərvərlik düşərgəsində iştirak ediblər
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Böyük Qayıdış Gənclər Təşkilatının və Gənc SİMA İctimai Birliyinin birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Xüsusi Təyinatlı Gənclik” hərbi-vətənpərvərlik düşərgəsi baş tutub. Qax rayonunun İlisu kəndində 120 gəncin iştirakı ilə beş gün davam edən düşərgədə Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri də iştirak ediblər.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü iradəsi və qətiyyəti, xalqımızın birliyi və yenilməz ordumuzun rəşadəti hesabına Vətən müharibəsində qazanılmış tarixi Qələbəyə həsr olunan düşərgənin keçirilməsində məqsəd gənclərin hərbi-fiziki hazırlığını yüksəltmək, onları idmana və sağlam həyat tərzinə təşviq etmək, gənclərdə vətənpərvərlik və həmrəylik hissini daha da gücləndirmək olub.
Düşərgə müddətində simulyativ hərbi əməliyyat proqramı əsasında Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabit və gizir heyəti tərəfindən sıra hazırlığı, ilkin tibbi hazırlıq, topoqrafiya, kəşfiyyat, mühəndis-istehkam, dağçılıq, kütləvi qırğın silahlarından müdafiə hazırlığı, ekstremal şəraitdə həyatda qala bilmə, silahla davranış, atəş hazırlığı, əlbəyaxa döyüş üzrə praktiki təlimlər və asudə vaxtda müxtəlif əyləncəli fəaliyyətlər təşkil olunub.