Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri növbəti “Açıq qapı günü”ndə iştirak ediblər

Gömrük Akademiyasının tələbələri növbəti “Açıq qapı günü”ndə iştirak ediblər

Gənc hüquqşünasların hüquq-mühafizə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə olan marağını nəzərə alaraq növbəti “Açıq qapı günü” bu dəfə Bakı şəhər prokurorluğunda təşkil edilib.

Prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti, istifadədə olan kriminalistik texnika, habelə prokurorluğun tarixi keçmişi ilə gənc hüquqşünasları tanış etmək məqsədilə təşkil edilən tədbirdə digər ali təhsil müəssisələrinin hüquq fakültələrinin tələbələri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri də iştirak ediblər.

Qonaqlara prokurorluq orqanlarında aşkarlıq və şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması, habelə ictimaiyyətlə əlaqələrin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər barədə danışılıb, habelə Azərbaycan Respublikasının Prokurorluğunda müvafiq olaraq həyata keçirilmiş hüquqi-institusional islahatlar və Bakı şəhər prokurorluğunun fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verilib.

Gənc hüquqşünaslar inzibati bina, eləcə də kriminalistik texnika ilə əyani şəkildə tanış olaraq prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı onları maraqlandıran suallara cavab tapıblar.

Sonda xatirə fotosu çəkdirilib.