Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük xidməti əməkdaşları üçün növbəti təlim keçirilib

Gömrük xidməti əməkdaşları üçün növbəti təlim keçirilib

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin sərəncamı ilə təsdiq olunmuş “Nəqliyyat vasitələrinin və konteynerlərin gömrük möhürləri və plombları altında yüklərin daşınmasına buraxılması qaydalarına dair Metodika” əsasında 13-14 fevral tarixlərində gömrük xidməti  əməkdaşları üçün yükdaşımaların təşkili işinin təkmilləşdirilməsi ilə bağlı təlim təşkil olunub.

Təlimə Dövlət Gömrük Komitəsinin struktur bölmələrinin bilavasitə gömrük nəzarətinin təşkili sahəsində çalışan 23 əməkdaşı cəlb olunub. Məqsəd yükdaşımalarda texniki şərtlərə nəzarət edilməsi və yükdaşımaya buraxılış şəhadətnamələrinin verilməsi sahəsində əməkdaşların bilik və bacarıqlarının artırılmasıdır.

Dövlət Gömrük Komitəsinin Akademiyasında keçirilən təlimdə nəqliyyat vasitələri və konteynerlərin gömrük möhürləri və plombları altında yükdaşımasına buraxılması qaydaları ilə bağlı nəzəri biliklər verilib.

Bununla yanaşı, Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” postunda müxtəlif tipli nəqliyyat vasitələrinə və konteynerlərə bilavasitə baxış keçirmək yolu ilə onların yükdaşımalarına buraxılması üçün texniki şərtlərə uyğun olub-olmamasının  müəyyən edilməsi ilə bağlı praktiki bacarıqlar aşılanıb.

İctimaiyyətlə əlaqələr şöbəsi