Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının əməkdaşı Nyu-York Konvensiyasının şərhinə dair hakimlər üçün əl kitabının təqdimatında iştirak edib

Gömrük Akademiyasının əməkdaşı Nyu-York Konvensiyasının şərhinə dair hakimlər üçün əl kitabının təqdimatında iştirak edib

“1958-ci il Nyu-York Konvensiyasının şərhinə dair Beynəlxalq Kommersiya Arbitraj Şurasının (ICCA) Təlimatı: Hakimlər üçün əl kitabı”nın təqdimatı keçirilib.
 
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının maliyyəsi və Vəkillər Kollegiyası ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, deputatlar, vəkillər, elm xadimləri, ekspertlər və hüquqşünaslarla yanaşı Akademiyanın Hüquq və humanitar elmlər kafedrasının müdiri Hakim Əzizov da iştirak edib.
 
Əvvəlcə Vəkillər Kollegiyasının sədri Anar Bağırov təqdimatı keçirilən vəsaitin hüquq ictimaiyyəti üçün əhəmiyyətindən danışaraq tədbirin ərsəyə gəlməsində xüsusi rolu olan təşkilatlara və şəxslərə təşəkkürünü bildirib.
 
Daha sonra tədbirdə çıxış edənlər biznes mübahisələrinin alternativ həll yolu kimi arbitrajın tətbiqi və təşviqinin əhəmiyyəti, Beynəlxalq Kommersiya Arbitraj Şurasının (ICCA-nın) yaradılması tarixi və s. haqqında bəhs edib, kitabın Azərbaycan dilinə tərcümə olunmasını yüksək qiymətləndirərək nəşrin hazırlanmasında rolu olanlara təşəkkür ediblər.
 
Qeyd edək ki, Nyu-York Konvensiyasının şərhinə dair hakimlər üçün əl kitabı xarici arbitraj qərarlarının tanınması və icrası sahəsinin daha təfərrüatlı öyrənilməsi və tətbiqi məqsədilə 2011-ci ildə Beynəlxalq Kommersiya Arbitraj Şurası (ICCA) tərəfindən nəşr olunub. Kitab 10-dan çox dilə, o cümlədən Azərbaycan dilinə tərcümə edilib. Kitabın Azərbaycan dilində tərcüməsi beynəlxalq təşkillatın əsas veb-saytında yerləşdirilib.