Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının rəhbərliyi, əməkdaşları və tələbələri Vətən müharibəsi şəhidinin anım günündə iştirak ediblər
Gömrük Akademiyasının rəhbərliyi, əməkdaşları və tələbələri Vətən müharibəsi şəhidinin anım günündə iştirak ediblər
44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri – Sabunçu rayonu Maştağa qəsəbəsi şəhidi Tağıyev Kamran Fikrət oğlunun anım günü qeyd olunub. Anım günü münasibətilə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəhbərliyi, bir qrup əməkdaşı və tələbələri şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov şəhidin ailəsinə dərin hüznlə başsağlığı verərək səbir diləyib, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirib.
Mərasimdə Akademiyanın tələbələri Vətən qəhrəmanlarına həsr edilən şeirlər səsləndiriblər.
Allah rəhmət eləsin!
Şəhidlər ölməz, Vətən bölünməz!