Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında tələbələrin növbəti tədbiri keçirilib

Gömrük Akademiyasında tələbələrin növbəti tədbiri keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Debat klubunun təşkilatçılığı ilə “Milli maraqlar və həmrəylik" dövlətin müstəqilliyinə həsr olunmuş debat turniri keçirilib.
10 komandanın iştirak etdiyi turnirdə debatçılar mövzu üzrə bir-birindən maraqlı faktlar və arqumentlər səsləndiriblər.
Debatın final mərhələsində təsdiq mövqedə “Customs Crown”, inkar mövqedə isə “Detroit” komandaları qarşı-qarşıya gələrək kubok uğrunda mübarizə aparıblar.Gərgin və maraqlı keçən mübarizənin sonunda "Customs Crown" komandası qalib olub. Qaliblərə kubok, medal və sertifikatlar təqdim edilib.