Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının əməkdaşları və tələbələri Vətən müharibəsi şəhidinin adını daşıyan bulağın açılış mərasimində iştirak ediblər
Gömrük Akademiyasının əməkdaşları və tələbələri Vətən müharibəsi şəhidinin adını daşıyan bulağın açılış mərasimində iştirak ediblər
Oktyabrın 14-də Sabunçu rayonu Zabrat qəsəbəsində Vətən müharibəsi şəhidi İsmayılov Veys Əflatun oğlunun xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa edilən bulağın açılış mərasimi keçirilib. Rayon üzrə bir çox təşkilat nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə Dövlət Gömrük Komitəsinin Akademiyasının bir qrup əməkdaşı və tələbələri iştirak ediblər. Akademiyanın əməkdaşları və tələbələr bulaq kompleksinin önünə gül dəstələri düzərək şəhidin əziz xatirəsini dərin ehtiramla anıblar.
Əməkdaşlar Akademiyanın rəhbərliyi və kollektivi adından şəhidin yaxınlarına dərin hüznlə başsağlığı verib, ərazi bütövlüyümüz uğrunda canından keçən bütün Vətən şəhidlərinin hər zaman Azərbaycan tarixinin qəhrəmanları olaraq xatirələrdə yaşayacaqlarını bildiriblər.
Tədbirdə çıxış edənlər şəhidimizlə bağlı xatirələrini bölüşüb, göstərdiyi qəhrəmanlıqlar və keçdiyi döyüş yolu haqqında söhbət açıblar.
Mərasimdə ümumi orta təhsil müəssisəsinin şagirdlərinin, eləcə də Akademiyanın Hüquqşünaslıq ixtisasının tələbəsi Ramazan Əsgərxanovun ifasında Vətən qəhrəmanlarına həsr edilən şeirlər səsləndirilib.
Allah rəhmət eləsin!
Şəhidlər ölməz, Vətən bölünməz!