Gömrük Akademiyasında tələbələr üçün təlim keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən İqtisadiyyat və Beynəlxalq ticarət və logistika Klublarının birgə təşkilatçılığı ilə iqtisadi inkişaf eksperti Nicat Qarayev tərəfindən "Azərbaycan üçün iqtisadi risklər" mövzusunda təlim keçirilib.
Təlimdə müəyyən sektorlar üzrə baş vermə ehtimalı olan iqtisadi risklər və bu risklərin müxtəlif həll metodları tələbələrlə birgə müzakirə olunub.
Təlimin sonunda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.