Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası ilə “Prosol” QSC arasında görüş keçirilib

Gömrük Akademiyası ilə “Prosol” QSC arasında görüş keçirilib

Oktyabrın 10-da Dövlət Gömrük Komitəsinin Akademiyasında “Prosol” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında növbəti görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, Akademiyanın əməkdaşları, “Prosol” şirkətinin İdarə heyətinin sədri Babək Ağayev və şirkətin nümayəndələri iştirak ediblər.

İki qurum arasında daha öncə imzalanan memoranduma əsasən qarşılıqlı maraq doğuran sahələr üzrə birgə fəaliyyət imkanlarının nəzərdən keçirilməsi məqsədilə təşkil edilən görüşdə Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov çıxış edərək İT sahəsi üzrə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətinindən bəhs edib.

Dövlət Gömrük Komitəsinin Akademiyasında olmaqdan məmnunluğunu bildirən “Prosol” QSC-nin İdarə heyətinin sədri Babək Ağayev Kibertəhlükəsizlik sahəsində nəzəri biliklərlə yanaşı praktiki biliklərin önəmini vurğulayaraq qarşılıqlı maraq doğuran sahələr üzrə birgə fəaliyyətin hər iki tərəf üçün səmərəli olacağını qeyd edib.

Görüşdə tərəflər arasında qarşılıqlı şəkildə layihə, konfrans, seminar və müzakirələrin təşkili, həmçinin tələbələrin bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin, dünyagörüşlərinin inkişafına dəstək göstərilməsi və s. kimi məsələlərin icrasının təmin edilməsi istiqamətində atılacaq addımlar müəyyənləşdirilib.