Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələrinin məqalələri beynəlxalq elmi jurnalda dərc olunub

Gömrük Akademiyasının tələbələrinin məqalələri beynəlxalq elmi jurnalda dərc olunub

Dövlət Gömrük Komitəsinin Akademiyasının “İqtisadiyyat” ixtisası üzrə 3-cü kurs tələbəsi Mənsurə Abdullayevanın və "Hüquqşünaslıq” ixtisası üzrə 3-cü kurs tələbəsi Sübhan Qarayevin "Rəqəmsal iqtisadiyyatın hüquqi aspektləri və müasir idarəetməsi" və "Rəqəmsal iqtisadiyyat: 30 illik transformasiya, rəqəmsal iqtisadiyyatın informasiya texnologiyaları" adlı məqalələri beynəlxalq konfransın materiallarının dərc olunduğu "Elmi əsərlər" jurnalında çap edilib.
Xatırladaq ki, Mənsurə Abdullayeva və Sübhan Qarayev bu məqalələrini 16 dekabr 2021-ci il tarixlərində Rusiya Federasiyasının Prezidenti yanında Rusiya Milli İqtisadiyyat və Dövlət İdarəçiliyi Akademiyasının (RANEPA) Şimal-Qərb İdarəetmə İnstitutu (NWIM) tərəfindən keçirilmiş XIV Beynəlxalq Elmi-Praktik Konfransa təqdim etmişdirlər. İngilis dilində təqdim olunan məqalələr xüsusi dəyərləndirilərək konfransın materiallarının dərc olunduğu "Elmi əsərlər" jurnalı üçün qəbul edilmişdir.
Qeyd edək ki, hər iki tələbə ötən tədris ilində eyni zamanda Çin Xalq Respublikasının Şanxay Gömrük Kollecinin təşkil etdiyi beynəlxalq mübadilə proqramında iştirak etmiş və proqramı uğurla başa vurmuşdur.

 

Məqalələrə keçid: Jurnal.pdf