Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Gömrük Akademiyasında Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
27 Sentyabr-Anım Günü münasibətilə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəhbərliyi, əməkdaşları və tələbələri Sabunçu rayonu Maştağa qəsəbəsində Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edərək önlərinə gül dəstələri düzüb, ruhlarına dualar oxuyub, əziz xatirələrini dərin ehtiramla yad ediblər.
Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi gömrük xidməti general-mayoru Qulu Novruzov şəhidlərin ailələrinə dərin hüznlə başsağlığı verib, onlara səbir diləyib, 44 günlük Vətən müharibəsində torpaqlarımızın düşmən işğalından azad olunması yolunda canından keçən bütün şəhidlərin hər zaman Azərbaycan tarixinin qəhrəmanları olaraq xatirələrdə yaşayacaqlarını bildirib.
Daha sonra Akademiyanın Hüquqşünaslıq ixtisasının III kurs tələbəsi Ramazan Əsgərxanov Vətən qəhrəmanlarına həsr edilən şeir səsləndirib.
Vətən müharibəsinin 2-ci ildönümü ilə əlaqədar Akademiya rəhbərliyinin, əməkdaşlarının və tələbələrinin iştirakı ilə Dövlət Gömrük Komitəsinin Akademiyasında Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.