Baş səhifə
Xəbərlər
Dövlət Gömrük Komitəsi
DGKA-nın Tələbə Gənclər Təşkilatı tələbələr ilə görüş keçirib

DGKA-nın Tələbə Gənclər Təşkilatı tələbələr ilə görüş keçirib

Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatı I kurs tələbələri ilə görüş keçirib.

Yeni qəbul olan tələbələrin Akademiyanın ictimai-sosial həyatında fəal iştirakını təmin etmək məqsədilə keçirilən görüşdə TGT-nin fəaliyyəti, tələbələrin iştirakı ilə görülmüş işlər, gənclərlə birgə maraqlı layihələrin həyata keçirilməsi, onların asudə vaxtlarının səmərəli təşkili, bilik səviyyələrinin və dünyagörüşlərinin artırılması üçün yaradılan hər cür şərait haqqında ətraflı məlumat verilib.

Tədbirdə Tələbə Gənclər Təşkilatının son bir il ərzində fəaliyyətini əks etdirən videoçarx nümayiş edilib.

Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, fikir və təklifləri dinlənilib.