Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri II Fəxri xiyabana yürüş təşkil ediblər

Gömrük Akademiyasının tələbələri II Fəxri xiyabana yürüş təşkil ediblər

Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri 27 sentyabr - Anım Günü ilə bağlı İkinci Fəxri Xiyabana yürüş təşkil ediblər. Yürüşdə tələbələr Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edərək, önlərinə gül dəstələri düzüb, əziz xatirələrini dərin ehtiramla yad ediblər.

Yürüş zamanı həmçinin 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış gömrükçü Ülvi Hacıyevin məzarı da ziyarət olunub.