Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında tələbələrin növbəti tədbiri keçirilib

Gömrük Akademiyasında tələbələrin növbəti tədbiri keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Debat klubunun təşkilatçılığı ilə “Şou-debat” keçirilib.

Təsdiq mövqedə  “Kontrgerilla” komandası, inkar mövqedə isə “Çarlinin mələkləri” komandaları çıxış ediblər. “Sosial şəbəkələr gənclərin inkişafında effektiv rol oynayır” mövzusunda baş tutan tədbirdə debatçılar mövzu üzrə bir-birindən maraqlı faktlar və arqumentlər səsləndiriblər.