Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında Elmi Şuranın növbəti iclası keçirilib

Gömrük Akademiyasında Elmi Şuranın növbəti iclası keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasının Elmi Şurasının növbəti iclası keçirilib. İclasın gündəliyinə 2022/2023-ci tədris ilinə hazırlıq, yeni semestrdə tədrisin təşkili və digər cari məsələlər daxil edilib.

İclasda ilk öncə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Akademiyanın rəisi, Elmi Şuranın sədri, gömrük xidməti general mayoru Qulu Novruzov iştirakçıları salamlayaraq şura üzvlərini iclasın gündəliyinə daxil olan məsələlər barədə məlumatlandırıb.

Daha sonra gündəlikdəki məsələlərin müzakirəsinə keçilib.

İclasda Akademiyanın rəis müavini Araz Aslanlı yeni tədris ilinin payız semestrinə hazırlıqlarla bağlı görülmüş işlər və tədrisin təşkili haqqında geniş məruzə ilə çıxış edib.

İclasda Akademiyada 2022/2023-cü tədris ili üçün keçirilmiş tələbə qəbulunun nəticələri, beynəlxalq əməkdaşlıq, elmi fəaliyyət, həmçinin maddi-texniki bazanın təkmilləşdirilməsi istiqamətində görülən işlər və nəzərdə tutulan fəaliyyətlər haqqında çıxışlar dinlənilib.

Təqdim edilən çıxışlardan sonra Elmi Şura üzvlərinin, müvafiq struktur rəhbərlərinin cari məsələlər ətrafında fikirləri səsləndirilib.

Sonda müzakirə olunan məsələlər bağlı qərarlar qəbul edilib, struktur rəhbərlərinə müvafiq tapşırıqlar verilib.