Baş səhifə
Xəbərlər
Akademiya
Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov 2022/2023-cü tədris ilində Akademiyanın tələbəsi adını qazananları təbrik edib

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov 2022/2023-cü tədris ilində Akademiyanın tələbəsi adını qazananları təbrik edib

“Əziz tələbələr, 

 

 Sizi, valideynlərinizi və müəllimlərinizi Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbəsi adını qazanmağınız və DGKA ailəsinə üzv olmağınız münasibətilə səmimi qəlbdən təbrik edirəm! Akademiyanın yüksəkixtisaslı və peşəkar elmi pedaqoji heyətilə təşkil edilən müasir beynəlxalq standartlara uyğun tədris prosesindən lazımınca faydalanacağınıza və aldığınız keyfiyyətli təhsillə həyatınızın hər mərhələsində öncül və ilklərə imza atan şəxs kimi formalaşacağınıza əminəm. 

DGKA-nı seçdiyinizə görə hər birinizə təşəkkür edir, innovativ, proqressiv, müsbət yeniliklərə liderlik edən Akademiya ailəsinin uğurlarında sizin də pay sahibi olacağınıza inanıram. Akademiyada təhsil alacağınız illərdə 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin nümayiş etdirdiyi döyüş ruhu və vətən sevgisi həyat amalınız olsun.

       Sizi bacarıqlı, zəngin dünyagörüşlü, milli-mənəvi dəyərlərə bağlı və cəmiyyətə layiqli yüksəkixtisaslı peşəkar kadr kimi formalaşmaq üçün əzmlə çalışmağa səsləyir yeni tədris ilində və unudulmaz tələbəlik həyatında müvəfəqiyyətlər arzulayıram!"