Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının bir qrup əməkdaşı və tələbələri Vətən müharibəsi şəhidlərinin anım günlərində iştirak ediblər

Gömrük Akademiyasının bir qrup əməkdaşı və tələbələri Vətən müharibəsi şəhidlərinin anım günlərində iştirak ediblər

44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımız – Sabunçu rayonu Zabrat qəsəbəsi şəhidi Rəhimov Rəşad İlqar oğlu və Maştağa qəsəbəsi şəhidi Əliyev Tahir Mahir oğlunun anım günləri qeyd olunub. Anım günləri münasibətilə Dövlət Gömrük Komitəsinin Akademiyasının bir qrup əməkdaşı və tələbələri İkinci Fəxri Xiyabanda və Sabunçu rayonu Maştağa qəsəbəsində şəhidlərin məzarlarını ziyarət edərək önlərinə gül dəstələri düzüb, ruhlarına dualar oxuyub, əziz xatirələrini dərin ehtiramla yad ediblər.

Əməkdaşlar Akademiyanın rəhbərliyi və kollektivi adından şəhidlərin ailələrinə dərin hüznlə başsağlığı verib, səbir diləyərək ərazi bütövlüyümüz uğrunda əsl qəhrəmanlıq nümayiş etdirərək canından keçən bütün Vətən şəhidlərinin hər zaman Azərbaycan tarixinin qəhrəmanları olaraq xatirələrdə yaşayacaqlarını vurğulayıblar.
Allah rəhmət eləsin!

Şəhidlər ölməz, Vətən bölünməz!