Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının magistratura səviyyəsinə qəbul olmuş bakalavrların nəzərinə!

Gömrük Akademiyasının magistratura səviyyəsinə qəbul olmuş bakalavrların nəzərinə!

Dövlət Gömrük Komitəsinin Akademiyasının magistratura səviyyəsinə qəbul olmuş şəxslər elektron qaydada qeydiyyatdan keçməlidirlər.

 

Bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

Qeydiyyat zamanı aşağıdakı sənədlərin PDF formatındakı surətləri müvafiq hissələrə yüklənməlidir:

 

·         Şəxsiyyət vəsiqəsinin surəti;

·         Təhsil haqqında sənəd – diplomun və diploma əlavənin notarial təsdiqli surəti (bakalavr təhsilini əvvəlki illərdə bitirənlər); cari ilin məzunları üçün universiteti bitirdikləri haqqında arayış.

·         3x4 ölçüdə foto şəkil (ağ fonda);

·         İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin surəti (oğlanlar üçün);

·         Təhsil haqqında ödəniş qəbzi (yalnız ödənişli əsaslarla qəbul olanlar üçün);

·         Təhsil haqqından azad olunmanı (məcburi köçkün və bu qəbildən olan digər vətəndaşlar üçün) təsdiq edən sənədlərin notarial qaydada təsdiq olunmuş surətləri.

Qeydiyyat 2022-ci il iyulun 15-dən 25‑dək davam edəcəkdir.

 

Qeyd: portal.edu.az platformasında qeydiyyatdan keçməyən bakalavrlar DİM tərəfindən qəbul olunanların siyahısından xaric ediləcəklər.

Ən çox verilən suallar:

https://edu.gov.az/uploads/sual-cavab/2022/magistratura-sual-cavab.pdf

 

Əlaqə üçün:

e-mail: tedris@ascca.edu.az

telefon: (012) 404-12-00