Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının magistratura səviyyəsi üzrə qəbul planı 100 faiz dolub

Gömrük Akademiyasının magistratura səviyyəsi üzrə qəbul planı 100 faiz dolub

Dövlət İmtahan Mərkəzinin 2022/2023-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün keçirdiyi müsabiqənin nəticələrinə əsasən, Dövlət Gömrük Komitəsinin Akademiyası üzrə yüksək göstərici qeydə alınıb. Gömrük Akademiyasının magistratura səviyyəsi üzrə qəbul planı 100 faiz dolub.

Bu il Akademiyada magistratura səviyyəsinə Dünya iqtisadiyyatı istiqaməti üzrə “Gömrük işi” və Hüquqşünaslıq istiqaməti üzrə “Beynəlxalq iqtisadi hüquq” ixtisaslaşmaları üzrə qəbul həyata keçirilib.

Qeyd edək ki, builki qəbulda da “Gömrük işi” ixtisaslaşması və “Beynəlxalq iqtisadi hüquq” ixtisaslaşmasında (Azərbaycan bölməsi) ölkə üzrə ən yüksək keçid balı Gömrük Akademiyasına məxsusdur.

Dövlət Gömrük Komitəsinin Akademiyasının magistratura səviyyəsinə qəbul olunan bütün bakalavrları təbrik edir, elmin və təhsilin növbəti pillələrində müvəffəqiyyətlər arzulayırıq.