Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının Tələbə Gənclər Təşkilatının növbəti tədbiri Gəncədə keçirilib
Gömrük Akademiyasının Tələbə Gənclər Təşkilatının növbəti tədbiri Gəncədə keçirilib
ATGTİ tərəfindən həyata keçirilən "Hədəf 10%" proqramı çərçivəsində Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Dil inkişafı klubunun təşkilatçılığı ilə keçirilən “What’s up?” adlı tədbir bu dəfə Gəncə şəhərində təşkil olunub.
Xarici dil bacarıqlarının inkişaf etdirilməsi və möhkəmləndirilməsi məqsədilə Gəncə Amerika Mərkəzində keçirilən tədbirdə iştirakçılar müxtəlif maraqlı oyunlarda və danışıq klublarında iştirak ediblər. Tədbir iştirakçılarına həmçinin Dövlət Gömrük Komitəsinin Akademiyası haqqında ətraflı məlumat verilib. Akademiyanın və digər ali təhsil müəssisələrinin tələbələrinin, eləcə də Gəncə şəhərinin gənclərinin iştirakı ilə keçirilən tədbir daha sonra sual-cavab hissəsi ilə davam edib.
Sonda tədbirdə ən aktiv iştirak edən gənclər sertifikatla təltif olunublar.