Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında “AIESEC Azərbaycan” tərəfindən məlumat sessiyası keçirilib

Gömrük Akademiyasında “AIESEC Azərbaycan” tərəfindən məlumat sessiyası keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında “AIESEC Azərbaycan” beynəlxalq staj keçmə proqramları üzrə fəaliyyət göstərən təşkilat tərəfindən xaricdə könüllülük və ödənişli təcrübə proqramları ilə bağlı məlumat sessiyası keçirilib.

Tədbirdə “AIESEC Azərbaycan”ın marketinq menecerləri tərəfindən təşkilatın yaranma tarixi və məqsədi, həmçinin əsas fəaliyyət istiqaməti, tərəfdaşlıq etdiyi ölkələr barədə geniş məlumat verilib.Təşkilatın əsas məqsədinin tələbələrin müxtəlif beynəlxalq layihələrdə iştirakını təmin edərək, onlarda liderlik, satış, marketinq, iqtisadiyyat, informasiya texnologiyaları kimi bir çox sahə üzrə bacarıqların üzə çıxarılması və inkişaf etdirilməsi olduğu bildirilib.

Məlumat sessiyasında AIESEC təşkilatının “Global Volunteer”, “Global Talent” və “Global Teacher” xaricdə könüllülük və ödənişli təcrübə proqramları, eləcə də həmin proqramlara müraciət ilə bağlı məlumatlar tələbələrin diqqətinə çatdırılıb.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar təlimçilər tərəfindən ətraflı cavablandırılıb.