Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələrinin növbəti tədbiri ADA Universitetində keçirilib

Gömrük Akademiyasının tələbələrinin növbəti tədbiri ADA Universitetində keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən İntellektual Oyunlar Klubunun, Dövlət İdarəçilik Akademiyasının və ADA Universitetinin TGT İntellektual Oyunlar Klublarının  birgə təşkilatçılığı ilə ADA Universitetində "Dostluq Liqası”nın final turu keçirilib.

Hər üç ali təhsil müəssisəsindən ümumilikdə 12 komandanın iştirakı ilə keçən gərgin və maraqlı yarışda Dövlət Gömrük Komitəsinin Akademiyasının “Punch” komandası adını qaliblər sırasına yazdıraraq III yerə sahib olub.

Sonda qaliblər sertifikatlar, medallar və hədiyyələrlə təltif olunublar.