Gömrük Akademiyasının tələbələri beynəlxalq vebinarda çıxış ediblər
Martın 31-də Rusiya Federasiyasının Prezidenti yanında Rusiya Milli İqtisadiyyat və Dövlət İdarəçiliyi Akademiyasının (RANEPA) Şimal-Qərb İdarəetmə İnstitutu (NWIM) tərəfindən "Rəqəmsal iqtisadiyyatın inkişafının beynəlxalq aspektləri" mövzusunda onlayn formatda beynəlxalq konfrans keçirilib.
"Zoom" proqramı üzərindən təşkil olunan konfransda Akademiyanın Beynəlxalq əməkdaşlıq üzrə mütəxəssisi Leyla Nəcəfova, Beynəlxalq ticarət və logistika ixtisasının tələbələri Pərvanə Qədirova və Səid Adgözəlli iştirak ediblər.
Konfransda Akademiyanın tələbələri iqtisadiyyatın rəqəmsal transformasiyası və elektron ticarət, rəqəmsal iqtisadiyyat e-biznes sistemi və s. mövzular barədə təqdimat ilə çıxış edərək ətraflı məlumat veriblər.
Tədbirdə vebinar iştirakçıları ilə fikir mübadiləsi aparılıb, interaktiv müzakirələrin sonunda məruzəçilər tərəfindən professor-müəllim heyətinin və digər iştirakçıların sualları cavablandırılıb.