Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

Gömrük Akademiyasının əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

Rusiya Federasiyasının Prezidenti yanında Rusiya Milli İqtisadiyyat və Dövlət İdarəçiliyi Akademiyasının (RANEPA) Şimal-Qərb İdarəetmə İnstitutunun (NWIM) təşkilatçılığı ilə "Təhlükəsizlik və gömrük sahəsində aktual məsələlər: yeni çağırışlar və perspektivlər" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.    

 

Onlayn formatda təşkil olunan konfransda Akademiyanın Gömrük işi və idarəetmə kafedrasının müdiri i.ü.f.d. Elvin Əlirzayev və Beynəlxalq əməkdaşlıq üzrə mütəxəssisi Leyla Nəcəfova iştirak etmişdirlər. 

 

Tədbirin açılış hissəsində çıxış edən Leyla Nəcəfova tədbir iştirakçılarını Akademiya adından salamlayaraq konfransa dəvət üçün təşəkkürünü bildirmiş və iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın inkişafı istiqamətində uğurlar arzulamışdır. 

 

Daha sonra konfransda Gömrük işi və idarəetmə kafedrasının müdiri i.ü.f.d. Elvin Əlirzayev "İslahatların gömrük yığımlarına müsbət təsiri: Azərbaycan nümunəsi" mövzusunda ingilis dilində məruzə ilə çıxış etmişdir. 

 

Tədbirin davamında mövzu ətrafında geniş fikir mübadiləsi aparılmışdır. İnteraktiv müzakirələrin sonunda məruzəçilər tərəfindən konfrans iştirakçılarının sualları ətraflı olaraq cavablandırılmışdır.