Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının Tələbə Gənclər Təşkilatının növbəti tədbiri Salyanda keçirilmişdir
Gömrük Akademiyasının Tələbə Gənclər Təşkilatının növbəti tədbiri Salyanda keçirilmişdir
ATGTİ tərəfindən həyata keçirilən "Hədəf 10%" proqramı çərçivəsində Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Dil inkişafı klubunun təşkilatçılığı ilə keçirilən “What’s up?” adlı tədbir bu dəfə Salyan şəhərində təşkil olunmuşdur.
Salyan Amerika Mərkəzində baş tutan xarici dil bacarıqlarının inkişaf etdirilməsi və möhkəmləndirilməsi məqsədini daşıyan tədbirdə iştirakçılar müxtəlif maraqlı oyunlarda və danışıq klublarında iştirak etmişdirlər. Tədbir iştirakçılarına həmçinin Dövlət Gömrük Komitəsinin Akademiyası haqqında ətraflı məlumat verilmişdir. Akademiyanın və digər ali təhsil müəssisələrinin tələbələrinin, eləcə də Salyan gənclərinin iştirakı ilə keçirilən tədbir daha sonra sual-cavab hissəsi ilə davam etmişdir.
Sonda ən aktiv beş tələbə sertifikatla təltif edimişdir.