Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında “İdman hüququnun əsasları” adlı seminar keçirilmişdir

Gömrük Akademiyasında “İdman hüququnun əsasları” adlı seminar keçirilmişdir

Martın 11-də Dövlət Gömrük Komitəsinin Akademiyasında Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Hüquq klubunun təşkilatçılığı ilə “İdman hüququnun əsasları” adlı seminar keçirilmişdir. Akademiyanın əməkdaşlarının və Hüquqşünaslıq ixtisasının tələbələrinin iştirakı ilə keçirilən seminar Beynəlxalq İdman Hüquqşünasları Assosasiyasının, həmçinin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Fərid Haqverdiyev tərəfindən təqdim edilmişdir.

Seminarda idman hüququ sahəsinin aktuallığı, bu sahədə yaranan konfliktlərin həll olunması və bu sahəni strukturlaşdıran ən mühüm kazuslar haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir. Həmçinin sözügedən səhə üzrə mövcud olan aktual problemlər və maraqlı məqamlar barəsində də geniş müzakirələr aparılmışdır.

Sonda auditoriyanı maraqlandıran suallar cavablandırılmışdır.