Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) vebinarında iştirak ediblər

Gömrük Akademiyasının tələbələri Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) vebinarında iştirak ediblər

Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) təşkilatçılığı ilə "Standartlar ticarətin və gömrük işinin asanlaşdırılması üçün vacibdirmi?" mövzusunda növbəti vebinar keçirilib.  

Təşkil olunan vebinarda Dövlət Gömrük Komitəsinin Akademiyasının beynəlxalq əməkdaşlıq üzrə mütəxəssisi Leyla Nəcəfova, Beynəlxalq ticarət və logistika ixtisasının tələbələri Cəlal Abasov və Anar Ağayev iştirak ediblər. 

Vebinarın təqdimatçısı Syu Probert qlobal ticarətin beynəlxalq standartları, bu sahədə dövlət, özəl və qeyri-hökumət təşkilatlarının fəaliyyəti və onlar arasında mövcud olan və inkişaf etdirilən əməkdaşlıq məsələləri haqqında danışıb. 

Daha sonra tədbirdə BMT-nin Ticarətin Asanlaşdırılması və Elektron Biznes Mərkəzinin (UN/CEFACT) ticarətin və gömrük işinin asanlaşdırılmasındakı fəaliyyət istiqamətləri ətrafında müzakirələr aparılıb. 

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.