Gömrük Akademiyasının tələbələri karyera sərgisində iştirak ediblər
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 2 fevral-Gənclər Gününə həsr olunmuş karyera sərgisi keçirilmişdir. Azərbaycanın istedadlı gənclərini və müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrin nümayəndələrini bir araya gətirərək onlar arasında əlaqə yaratmaq və gənc kadrlara ixtisasları üzrə uğurlu karyera qurmalarına yardımçı olmaq məqsədilə Bakı Gənclər Mərkəzində təşkil olunan sərgidə Dövlət Gömrük Komitəsinin Akademiyasının Hüquqşünaslıq və İqtisadiyyat ixtisaslarının IV kurs tələbələri də iştirak etmişdirlər.
Akademiyanın tələbələri sərgidə nümayiş olunan stendləri gəzərək, şirkətlərin nümayəndələri ilə ünsiyyətdə olmuş, vakansiyalarla tanış olmuşdurlar. Ümumilikdə 300-ə yaxın tələbə və məzunun iştirak etdiyi tədbirdə bir çox nüfuzlu və beynəlxalq şirkətlərin nümayəndələri öz iş prinsipləri və mövcud vakansiyalar haqqında gənclərə ətraflı məlumat vermişdirlər.