Gömrük Akademiyasında imtahan sessiyası başlayıb
Dövlət Gömrük Komitəsinin Akademiyasında 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb. Akademiyanın rəisi Qulu Novruzovun müvafiq sərəncamı ilə sessiya müddətində imtahanların mövcud normativ sənədlər əsasında təşkil edilməsi və onların gedişatına nəzarətin həyata keçirilməsi məqsədilə imtahan qərargahı yaradılıb.
Həmçinin, sessiya müddətində şikayətlərin araşdırılmasını təmin etmək üçün apelIyasiya komissiyası da fəaliyyət göstərir.
Qeyd edək ki, 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası fevral ayının 8-də yekunlaşacaqdır.