Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında “Brain league” adlı intellektual yarışın (liganın) final turu keçirilib

Gömrük Akademiyasında “Brain league” adlı intellektual yarışın (liganın) final turu keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə “Brain league” adlı tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsi və inkişafı məqsədini daşıyan 3 turdan ibarət olan intellektual yarışın final turu keçirilib. 9 komanda ümumilikdə 45 tələbənin iştirakı ilə keçirilən gərgin və maraqlı mübarizənin sonunda 1-ci yerə -Young Hawks, 2-ci yerə - İntellectus, 3-cü yerə Polaris komandaları layiq görülüb.

Yarışın sonunda komandalara sertifikatlar təqdim olunub.

Qalib komandaları təbrik edirik!