Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında Tələbə Elmi Cəmiyyətinin I elmi konfransı keçirilib

Gömrük Akademiyasında Tələbə Elmi Cəmiyyətinin I elmi konfransı keçirilib

Dekabrın 27-də Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Elmi Cəmiyyətinin “Milli kimliyin tanınması: Azərbaycanlıların dünyası” mövzusunda ingilis dilində I elmi konfransı keçirilmişdir. Konfransın açılış mərasimində Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi general-mayor Qulu Novruzov, rəis müavinləri Araz Aslanlı və Cəmilə Namazova, eləcə də Akademiyanın əməkdaşları, professor-müəllim heyəti və tələbələri iştirak etmişdirlər.

Konfransı giriş sözü ilə açan Akademiyanın rəisi Qulu Novruzov iştirakçıları salamlayaraq

konfransın işinə uğurlar arzu etmişdir. Akademiya rəisi tədbirin əhəmiyyətindən bəhs edərək, Tələbə Elmi Cəmiyyətinin xətti ilə ilk dəfə ingilis dilində təşkil olunan elmi konfransın xüsusi ilə mühüm bir hadisəyə “31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi günü”nə həsr olunduğunu qeyd etmişdir.  O, eyni zamanda əlamətdar günün tarixinə qısa nəzər salaraq, Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərindən və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının məqsədyönlü siyasəti nəticəsində ölkəmizin əldə etdiyi uğurlarından və xüsusilə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə xalqımızın birlik nümayiş etdirərək 44 günlük Vətən müharibəsində qəhrəman oğullarımızın şücaəti, canı-qanı bahasına qazanılmış böyük qələbədən də söz açmışdır. Qulu Novruzov həmçinin son dövrlərdə tələbələrin inkişafı məqsədilə beynəlxalq əməkdaşlıq sahəsində əldə etdikləri uğurları və nailiyyətləri qeyd edərək, tələbələr üçün yaradılan xaricdə təhsil imkanları, gələcəkdə bu istiqamət üzrə atılacaq yeni addımlar  barəsində ətraflı məlumat vermiş və tələbələri  bu cür imkanlardan istifadə edərək aktiv olmağa səsləmişdir. 

Tədbirdə daha sonra Akademiyanın rəis müavini professor Cəmilə Namazova, Gömrük işi və idarəetmə kafedrasının müdiri i.ü.f.d. Elvin Əlirzayevtələbələrin elmi fəaliyyətlərinin önəmindən bəhs etmiş və konfrans iştirakçılarına uğurlar arzulamışdırlar.

Akademiya əməkdaşlarından Gülnaz Novruzzadə, Tairə Axundova və Leyla Nəcəfova da konfrans sessiyalarının əvvəlində mövzunun aktuallığı ilə bağlı çıxışlar səsləndirmişdirlər.

Elmi-praktiki konfransda iştirak edən tələbələrin Həmrəylik, Azərbaycanın dünyada tanıdılması, Vətən müharibəsində qazanılmış Zəfər istiqamətində müxtəlif mövzularda məruzələri dinlənilmiş, təqdimatları nümayiş etdirilmişdir.

Sonda konfransda çıxış edən tələbələrin hər birinə sertifikatlar təqdim olunmuşdur.