Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının əməkdaşları ilk tibbi yardım mövzusunda keçirilən təlimdə iştirak etmişdirlər

Gömrük Akademiyasının əməkdaşları ilk tibbi yardım mövzusunda keçirilən təlimdə iştirak etmişdirlər

     Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşları 20-22 dekabr 2021-ci il tarixlərində Azərbaycan Tibb Universitetində Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi və Avropa İttifaqının maliyyə dəstəyi ilə təşkil olunmuş “Təməl həyat dəstəyi’’ mövzusunda keçirilən 8 saatlıq təlimdə iştirak etmişdirlər.

     Bədbəxt hadisələr zamanı həkiməqədər yardımın göstərilməsi və bu sahədə əməkdaşların bilik və bacarıqlarının artırılması məqsədilə keçirilən təlimdə iştirakçılar həyati təhlükənin aradan qaldırılması və həyati funksiyaların davam etdirilməsinin təmin edilməsi, ilk tibbi yardımın göstərilməsi qaydaları haqqında ətraflı məlumatlandırılmışdırlar. Təlimçilər mövzü üzrə geniş təqdimatla çıxış edərək, tibb yardımla bağlı bəzi məqamlar, o cümlədən ürək masajı, süni tənəffüsvermə qaydalarını iştirakçılara əyani olaraq nümayiş etdirmişdirlər. Daha sonra əməkdaşların mövzu üzrə təlimdə əldə etdikləri biliklərin praktik simulyasiya və yazılı imtahan əsasında qiymətləndirilməsi aparılmışdır.

     Sonda təlimdə iştirak edən hər bir əməkdaşa sertifikatlar təqdim olunmuşdur.