Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında yanğın təhlükəsizliyinin təmin olunmasına dair təlim keçirilmişdir
Gömrük Akademiyasında yanğın təhlükəsizliyinin təmin olunmasına dair təlim keçirilmişdir
16 – 17 dekabr 2021-ci il tarixlərində Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşları üçün “Yanğın təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilmişdir.
Yanğın zamanı əməliyyat və qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması, yanğınların qarşısının alınması və nəticələrin çevik şəkildə aradan qaldırılması üçün əməkdaşların peşəkarlığının daha da artırılması məqsədini daşıyan təlimdə Təsərrüfat və texniki xidmət şöbəsinin rəisi Rahim Babayev tərəfindən ilkin yanğınsöndürmə vasitələri və onlardan istifadə qaydaları, iş və tədris prosesinin xüsusiyyətlərinə uyğun olaraq yanğın təhlükəsizliyi qaydaları təlim iştirakçılarına ətraflı olaraq izah edilmişdir. Təlimin ikinci günündə mövcud yanğınsöndürmə vasitələri ilə tanışlığın həyata keçirilməsi və yanğın zamanı əməli hərəkət qaydalarının maksimum səviyyədə mənimsənilməsi üçün yanğın təhlükəsi zamanı təxliyə planı üzrə simulyasiya hərəkətləri və ilkin yanğınsöndürmə vasitələrindən real istifadə qaydaları üzrə əyani məşğələlər keçirilmişdir.