Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri “Tarix heç nəyi silmir” adlı Nə? Harada? Nə zaman? intellektual bilik yarışında iştirak ediblər

Gömrük Akademiyasının tələbələri “Tarix heç nəyi silmir” adlı Nə? Harada? Nə zaman? intellektual bilik yarışında iştirak ediblər

     Bakı Gənclər Mərkəzinin təşəbbüsü ilə keçirilən 12 dekabr ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş "Tarix heç nəyi silmir" adlı Nə? Harada? Nə zaman? intellektual bilik yarışında Dövlət Gömrük Komitəsinin Akademiyasının komandası uğurla çıxış edib. Azərbaycan xalqının taleyində silinməz izlər qoymuş Ulu öndər Heydər Əliyevin siyasi kursu ilə tanışlıq, görkəmli şəxsiyyətlərin həyat və yaradıcılıqları haqqında maariflənmək məqsədini daşıyan və ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən yarışda Dövlət Gömrük Komitəsinin Akademiyasının komandası adını qaliblər sırasına yazdıraraq 2-ci yerə sahib olub. Yarışın sonunda qalib komandalara medallar təqdim olunub.