Baş səhifə
Xəbərlər
Akademiya
Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının “Birlikdə oxuyaq” adlı tədbiri keçirildi

Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının “Birlikdə oxuyaq” adlı tədbiri keçirildi

Gənclər Fondunun dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə keçirilən "Hədəf 5%" proqramı çərçivəsində Dövlət Gömrük Komitəsi Akademiyasının Tələbə Gənclər Təşkilatının və nəzdində fəaliyyət göstərən Kitab klubunun təşkilatçılığı ilə ATGTİ-nin ofisində “Birlikdə Oxuyaq” adlı layihə həyata keçirilmişdir.

Gənclər arasında mütaliəyə marağın artırılması məqsədini daşıyan layihə çərçivəsində iştirakçılar Stephen Kingin "Green mile" kitabı haqqında  müxtəlif suallar ətrafında müzakirələr aparmış və maraqlı fikirlər bildirmişdirlər. Tədbirdə kitab haqqında çəkilən filmdən fraqmentlər nümayiş etdirilmişdir.