Baş səhifə
Xəbərlər
Akademiya
DGKA və "Azərterminalkompleks" Birliyinin rəhbərlikləri, əməkdaşları və Akademiyanın tələbələri Vətən müharibəsi şəhidi gömrükçü Ülvi Hacıyevin anım günündə iştirak ediblər

DGKA və "Azərterminalkompleks" Birliyinin rəhbərlikləri, əməkdaşları və Akademiyanın tələbələri Vətən müharibəsi şəhidi gömrükçü Ülvi Hacıyevin anım günündə iştirak ediblər

44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri gömrükçü Ülvi Hacıyevin anım günü qeyd olunmuşdur. Anım günü münasibətilə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyinin direktoru Ehtiram Xəlilov, gömrük əməkdaşları və Akademiyanın tələbələri şəhidin İkinci Fəxri xiyabandakı məzarını ziyarət edərək, önünə gül dəstələri düzmüş, ruhuna dualar oxumuş, əziz xatirəsini ehtiramla yad etmişdirlər. Daha sonra Akademiyanın tələbələri Vətən qəhrəmanlarına həsr edilən şeirlər səsləndirmişdirlər.

Allah rəhmət eləsin!

Şəhidlər ölməz, Vətən bölünməz!