Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının əməkdaşları üçün “Konfliktlər və onların idarəedilməsi” mövzusunda təlim keçirilmişdir

Gömrük Akademiyasının əməkdaşları üçün “Konfliktlər və onların idarəedilməsi” mövzusunda təlim keçirilmişdir

     Dövlət Gömrük Komitəsinin Akademiyasında iş mühitində yaranan konfliktlərin uğurla idarə edilməsi bacarıqlarını təkmilləşdirmək, əməkdaşların motivasiya səviyyələrinin və fərdi effektivliyin artırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil İnstitutunun Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri, psixologiya elmləri doktoru Elxan Bəylər tərəfindən Akademiya əməkdaşları üçün “Konfliktlər və onların idarəedilməsi” mövzusunda təlim keçirilmişdir.

     Təlimdə mövzu üzrə təqdimatlar nümayiş etdirilərək stresin xüsusiyyətləri, psixoloji və fizioloji səbəbləri, onun idarəolunmasına dair strategiyalar barəsində təlim iştirakçıları ətraflı məlumatlandırılmışdır. Psixologiya elmləri doktoru Elxan Bəylər iştirakçılara fərqli vəziyyətlərdə  stresin  gərginlik  səviyyəsinin qiymətləndirilməsi və konfliktin konstruktiv idarə olunması, stres yaradan faktorların aradan qaldırılması barəsində praktik məsləhətlər vermiş, bu sahədə öz təcrübəsini bölüşmüşdür.

     Mövzü üzrə iştirakçıların fikir mübadiləsi ilə davam edən təlim sonda konfliktlərin idarə olunması istiqamətində əməkdaşların bilik və bacarıqlarının qiymətləndirilməsi prosesi ilə yekunlaşmışdır.