Baş səhifə
Xəbərlər
Akademiya
Dövlət Gömrük Komitəsinin Akademiyasında “Sağlam olmaq həyat uğrunda mübarizədə ilk şərtdir” mövzusunda maarifləndirici tədbir keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında “Sağlam olmaq həyat uğrunda mübarizədə ilk şərtdir” mövzusunda maarifləndirici tədbir keçirilib
Oktyabrın 29-da Dövlət Gömrük Komitəsinin Akademiyasında “Sağlam olmaq həyat uğrunda mübarizədə ilk şərtdir” mövzusunda tədbir keçirilib. Akademiyanın əməkdaşlarının və tələbələrinin iştirak etdiyi tədbirdə ilk olaraq Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Akademiyanın Katibliyinin rəisi Azər Seyidov bütün dünyada pandemiya şəraitinin olmasına baxmayaraq, son bir ilin ölkəmiz üçün düşərli bir il olduğunu qeyd edib. Azərbaycan Republikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında qalib ordumuzun 44 günlük Vətən müharibəsi ilə yazdığı şanlı tarixin sabahın daha qüdrətli Azərbaycanı üçün möhkəm bünövrə olduğunu bildirib. Ölkə prezidentinin pandemiya ilə mübarizədə uzaqgörən siyasətindən ətraflı bəhs edib.
Daha sonra, Akademiyanın tibb şöbəsinin əməkdaşı Səbirə Əlişova koronavirus xəstəliyinin səbəbləri, əlamətləri, sosial və psixoloji təsiri və xəstəlikdən qorunma üsulları, şəxsi gigiyena qaydalarına ciddi əməl edilməsi barəsində tədbir iştirakçılarına geniş məlumat verib. COVID-19 infeksiyasına yoluxanların ümumi statistikası haqqında məlumatı iştirakçılarla bölüşən S.Əlişova pandemiya şərtlərinin yüngülləşməsində vaksinasiyanın önəmindən bəhs edib və sağlam yaşamaq üçün hər kəsə vaksin olunmağı tövsiyə edib.
Tədbirin sonunda mövzu ilə bağlı videoçarx nümayiş olunub.