Baş səhifə
Xəbərlər
Akademiya
23.10.2021 tarixində ATGTİ-nin ofisində "Tarixin Yaddaşında" adlı intellektual yarış keçirilmişdir

23.10.2021 tarixində ATGTİ-nin ofisində "Tarixin Yaddaşında" adlı intellektual yarış keçirilmişdir

TGT nəzdində fəaliyyət göstərən İntellektual Oyunlar və Tarix Klubunun birgə təşkilatçılığı ilə 23.10.2021 tarixində ATGTİ-nin ofisində "Tarixin Yaddaşında" adlı intellektual yarış keçirilmişdir. Suallar əsasən tarixi məlumatlarla bağlı olmuşdur.
Yarışda hər biri 5 nəfər üzvdən ibarət 7 komanda, ümumilikdə 35 nəfər iştirak etmişdir.
Yarışda “Polad” komandası – I yer , “Qələbə” komandası – II yer, “Gənc Gömrükçülər” komandası – III yer tutmuşdur. İlk üç yeri tutan komandalar diplomla mükafatlandırılmışdırlar.