Baş səhifə
Xəbərlər
Akademiya
Akademiyada mediasiya haqqında seminar keçirilmişdir

Akademiyada mediasiya haqqında seminar keçirilmişdir

25 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında Hüquqşünaslıq ixtisasında təhsil alan tələbələr üçün "Məhkəmə-hüquq islahatlarında yeniliklər: Mediasiya və mediasiya qanunvericiliyinin əsasları" mövzusunda seminar təşkil edilmişdir. Seminar Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü/vəkil, Mediasiya Şurasının İxtisas Komissiyasının üzvü Natiq Məmmədov tərəfindən təqdim edilmişdir.
Seminarda tələbələrə mediasiyanın anlayışı və mahiyyəti, mediasiya qanunvericiliyi, bu sahədə milli və beynəlxalq təcrübə, mediasiyanın məqsəd və prinsipləri, mediasiyanın mərhələləri barədə nəzəri biliklər verilmişdir. Həmçinin tələbələr yaxşı mediator olmaq üçün zəruri olan bilik, bacarıq və səriştələr barədə məlumatlandırılmışdır. Sonda isə auditoriyanı maraqlandıran suallar təlimçi tərəfindən ətraflı cavablandırılmışdır.