Baş səhifə
Xəbərlər
Akademiya
Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri "Nə? Harada? Nə zaman?" intellektual bilik yarışında yüksək nəticə göstərib
Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri "Nə? Harada? Nə zaman?" intellektual bilik yarışında yüksək nəticə göstərib
Bakı Gənclər Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə keçirilən 18 oktyabr Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışında Dövlət Gömrük Komitəsinin Akademiyasının komandası uğurla çıxış edib.
Azərbaycanın 10 fərqli ali təhsil müəssisəsinin iştirak etdiyi gərgin və maraqlı mübarizədə Dövlət Gömrük Komitəsinin Akademiyasının komandası adını qaliblər sırasına yazdıraraq 3-cü yerə sahib olub.
Yarışın sonunda qalib komandalara medal və sertifikatlar təqdim olunub.