Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında yeni tədris ili başladı

Gömrük Akademiyasında yeni tədris ili başladı

Dövlət Gömrük Komitəsinin Akademiyasında xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına uyğun olaraq sentyabrın 29-da həm bakalavriat, həm də magistratura səviyyəsi üzrə ənənəvi tədris ilinə start verildi.
Qeyd edək ki, cari tədris ilində bakalavriat səviyyəsində 5 ixtisas üzrə 450, magistratura səviyyəsində 2 ixtisas üzrə 23 tələbə təhsil alacaq.
Akademiyanın bütün tələbələrinə və professor-müəllim heyətinə yeni tədris ilində uğurlar arzu edirik!