Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında “Şuşa bəyannaməsi - regional sülhün və sabitliyin təminatı” mövzusunda tədbir keçirilib

Gömrük Akademiyasında “Şuşa bəyannaməsi - regional sülhün və sabitliyin təminatı” mövzusunda tədbir keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında “Şuşa bəyannaməsi - regional sülhün və sabitliyin təminatı” mövzusunda tədbir keçirilib. Tədbir Dövlət Gömrük Komitəsinin Akademiyası, Bakı şəhər Gənclər və İdman baş idarəsi və Sabunçu rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Öncə Azərbaycanın müstəqilliyi və suverenliyi, ərazi bütövlüyünün təmin olunması uğrunda canından keçən bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Gömrük Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi Qələbədən danışıb. O, həmçinin azad olunmuş torpaqlarda aparılan quruculuq işlərinə toxunaraq, bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən layihələrə diqqət çəkib. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin böyük tarixi və strateji əhəmiyyətə malik olduğunu vurğulayan Qulu Novruzov bu Bəyannamə ilə Azərbaycan-Türkiyə münasibətlərinin yeni bir mərhələyə qədəm qoyduğunu qeyd edib. Akademiya rəisi Azərbaycan ictimaiyyətinin, xüsusilə də Azərbaycan gəncliyinin bu tarixi sənədin mahiyyətinə varmasının çox mühüm bir əhəmiyyət kəsb etdiyini bildirib.

Bakı şəhər Gənclər və İdman baş idarəsinin rəisi Raqif Abbasov bildirib ki, iki qardaş ölkə arasındakı bütün strateji əlaqələri ən yüksək səviyyəyə qaldıran Bəyannamə gələcək üçün müttəfiqlik münasibətlərinin siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirir.

      Sabunçu rayon Gənclər və İdman idarəsinin rəisi Rakif Əliyev, Akademiyanın Monitorinq və qiymətləndirmə şöbəsinin rəisi, gömrük xidməti kapitanı Araz Aslanlı, “Hüquqşünaslıq” ixtisasının 3-cü kurs tələbəsi Cəbrayıl Məmmədzadə mövzu ətrafında çıxış edərək, öz məruzələrində 44 günlük müharibədən sonra imzalanan Şuşa Bəyannaməsinin həm Azərbaycan, həm də Türkiyə üçün çox böyük əhəmiyyət kəsb edən mühüm tarixi sənəd olduğunu bildiriblər.

İctimaiyyətlə əlaqələr şöbəsi