Gömrük Akademiyasının ilk magistr tələbələri məzun oldu
2020/2021-ci tədris ilində Dövlət Gömrük Komitəsinin Akademiyasının ilk magistr tələbələri məzun olur. Belə ki, dörd magistrant Dünya iqtisadiyyatı istiqaməti üzrə “Gömrük işi” ixtisaslaşması, iki magistrant Hüquqşünaslıq istiqaməti üzrə “Beynəlxalq hüquq” ixtisaslaşması üzrə təhsilini başa vurur.
Akademiyada magistraturaya qəbul ilk dəfə 2019/2020-ci tədris ilində aparılıb. Magistr tələbələrinin yüksək keyfiyyətli təhsil almaları üçün Akademiyada müvafiq şərait yaradılıb.
Qeyd edək ki, 2021/2022-ci tədris ilində magistratura səviyyəsinə Dünya iqtisadiyyatı istiqaməti üzrə “Gömrük işi” ixtisaslaşmasına, Hüquqşünaslıq istiqaməti üzrə “Beynəlxalq iqtisadi hüquq” ixtisaslaşmasına qəbul nəzərdə tutulur.
İctimaiyyətlə əlaqələr şöbəsi