SOS Uşaq Kəndlərinin nümayəndələri Gömrük Akademiyasında
Dövlət Gömrük Komitəsinin Akademiyasında SOS Uşaq Kəndlərinin nümayəndələri üçün tanışlıq görüşü keçirilib. SOS Uşaq Kəndləri Azərbaycanın əsas məramlarından biri də yetkinlik yaşında olan uşaqların gələcək peşə seçiminə dəstək olmaqdır.
Görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının fəaliyyəti haqqında ətraflı məlumat verilib, gömrük işinin vacibliyi və gələcək peşə seçimində uşaqlara dəstək məqsədilə motivasiya söhbətləri aparılıb.
Dövlət Gömrük Komitəsinin Kinoloji Təlim Mərkəzi də ziyarət edilib. Ziyarət əsnasında qonaqlar muzeylə də tanış olublar. Uşaqların birbaşa iştirakı ilə təlim itləri ilə məşqlər keçirilib.
SOS Uşaq Kəndlərinin nümayəndələri Gömrük Akademiyasına və Kinoloji Təlim Mərkəzinin əməkdaşlarına maraqlı və yaddaqalan görüşlərə görə təşəkkür ediblər.
İctimaiyyətlə əlaqələr şöbəsi