Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası Milli Qurtuluş Gününə həsr olunmuş kompozisiya təqdim edib
Gömrük Akademiyası Milli Qurtuluş Gününə həsr olunmuş kompozisiya təqdim edib
Dövlət Gömrük Komitəsinin Akademiyası 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş onlayn video kompozisiya təqdim edib.
Onlayn kompozisiyada öncə Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Kompozisiyada 15 iyun 1993-cü ildə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsi ilə ölkəmizi parçalanmaqdan qoruması, müasir müstəqil Azərbaycanın memarı, Ulu öndər, böyük dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzolunmaz rolu və onun tarixdəki silinməz yeri bir daha vurğulanıb.
Bildirilib ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasıyla ölkə vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı. Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15 də hakimiyyətə qayıdışı Azərbaycan dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir.
Kompozisiyanın sonunda “İqtisadiyyat” ixtisası üzrə 2-ci kurs 292-ci qrup tələbəsi Afaq Abdullayevanın ifasında “Azərbaycan” şeiri təqdim olunub. Akademiyanın xor qrupu “Can Azərbaycan” mahnısını ifa edib.
İctimaiyyətlə əlaqələr şöbəsi