Gömrük Akademiyasında yeni ixtisas açılıb
Dövlət Gömrük Komitəsinin Akademiyasında 2021/2022-ci tədris ili üçün bakalavriat səviyyəsinə yeni ixtisas - “İnformasiya texnologiyaları” ixtisası üzrə tələbə qəbulu həyata keçiriləcək. I ixtisas qrupu üzrə qəbul aparılacaq ixtisasa 20 yer nəzərdə tutulur. Bununla da, Akademiyada bakalavriat səviyyəsində tələbə qəbulu aparılan ixtisasların sayı beş olacaq.
Beləliklə, Akademiyada I ixtisas qrupu üzrə “İnformasiya təhlükəsizliyi”, “İnformasiya texnologiyaları”, II ixtisas qrupu üzrə “İqtisadiyyat”, “Beynəlxalq ticarət və logistika”, III ixtisas qrupu üzrə isə “Hüquqşünaslıq” ixtisasına qəbul həyata keçiriləcək.
Bununla yanaşı, Akademiyada 2021/2022-ci tədris ili üzrə magistratura səviyyəsinə qəbul “Gömrük işi” və “Beynəlxalq iqtisadi hüquq” ixtisaslaşmaları üzrə həyata keçiriləcək.
İctimaiyyətlə əlaqələr şöbəsi